LABSERVIS LTD şirkəti tərəfindən Roche Diagnostics (İsveçrə) şirkətinin informasiya dəstəyi ilə seminar keçirilib

24.05.2019-ci il tarixində LABSERVIS LTD şirkəti tərəfindən İsveçrənin Roche Diagnostics şirkətinin informasiya dəstəyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində yerləşən Ürək Mərkəzində “Əsas kardioloji markerlərin kliniki tədbiqi və interpretasiyası. Anti-Müller Hormonun reproduktiv potensialın müayinəsində rolu. Prokalsitoninin septik halların müayinəsində rolu” mövzusunda seminar keçirilib.

Tədbir uğurla həyata keçirilib və çox saylı müsbət rəylər əldə edilib. İştirakçılar xüsusi sertifikatlarla təltif olunublar.