Şirkətin profili
LABSERVIS LTD 1991–ci ildə Azərbaycan Respublikasında təsis olunub və səhiyyə sahəsində diaqnostik laboratoriyalarının kompleks təchizatı üzrə ixtisaslaşan ilk peşəkar IVD (In Vitro Diaqnostics) şirkəti kimi fəaliyyətə başlayıb.
Əgər şirkətin inkişaf tarixinə nəzər yetirsəniz, Siz həmçinin Azərbaycanda laborator diaqnostikasının (IVD) inkişaf yolunu izləyə bilərsiniz.
Şirkətin əsas fəaliyyət istiqamətləri:
- laborator avadanlıqlarının, diaqnostik test – sistemlərin, kimyəvi reagentlərin, laboratoriya xüsusi proqram təminatların (LIS), laboratoriya sərfiyyat materiallarının təchizi və satışı
- layihələrin müştərilərin tələblərinə uyğun inkişafı
- beynəlxalq standartlara uyğun tam laboratoriya təchizatı
- quraşdırma, zəmanət və satışdan sonrakı servis xidmətləri
- laboratoriya personalı üçün təlimlərin təşkili
- məlumatların təhlili üçün xüsusi kompüter proqramları
- «açar təhvili» laboratoriya layihələri
Şirkətin əsas prinsipləri və əsas dəyərləri müştərilərin ehtiyaclarına fərdi yanaşmaq, yenilikləri uğurla tətbiq etmək və yeni hədəflərə çatmaqdır.
Şirkət bütün müştərilərinə yüksək ixtisaslı xidmət dəstəyi göstərir.
Şirkət Avropa, ABŞ və Yaponiyanın 40-dan çox dünyada tanınan istehsalçılarının Azərbaycanda rəsmi distribyutorudur. Tədarük olunan məhsulun 70% -dən çoxu Alman istehsalçılarının payına düşür.
LABSERVIS LTD Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmişdir.
Şirkətimiz müntəzəm olaraq dövlət tenderlərində və yerli özəl layihələrdə, BMT, ÜST, Dünya Bankı, KfW Bank, TACIS, QİÇS, Qlobal Fond (QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramı) kimi beynəlxalq təşkilatlar və digərləri tərəfindən həyata keçirilən müxtəlif proqramlarda iştirak edir.
LABSERVIS LTD Alman-Azərbaycan Ticarət Palatasının (AHK) üzvüdür.
LABSERVIS LTD innovativ ideyalar, yeni layihələr və qarşılıqlı faydalı əməkdaşlıq üçün hər zaman açıqdır.