LABSERVIS LTD şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 30 000 manat vəsait köçürüb

LABSERVIS LTD, işğal olunmuş torpaqların azad edilməsi üçün qəhrəmanlıqla mübarizə aparan Ordumuza dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 30 000 manat vəsait köçürüb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu 17 avqust 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanı ilə yaradılıb.

Dövlətimiz və Ordumuzla fəxr edirik! İndi gedən döyüşlərdə igidliklə mübarizə aparan və azad edilmiş torpaqlarımızda Azərbaycan Respublikasının bayrağını zəfərlə sancan bütün əsgərləimizə sağ-salamat ailələrinin yanına qayıtmağı arzu edirik. Əminik ki, qələbə bizimdir və ölkəmizin ərazi bütövlüyü ən qısa zamanda bərpa olunacaqdır!

Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq!
Qarabağ Azərbaycandır!