8 Noyabr - Zəfər Günüdür

Zəfər Günümüz mübarək olsun!

8 Noyabr – yaddaşımızdan silinməyəcək bir Tarix.

Düz bir il bundan əvvəl Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Qəhrəman Ordumuz Vətən Müharibəsinin 44 günündə misilsiz Qələbə qazandı! Torpaqlarımızın 30 illik işğalına son qoyuldu və Vətənimizin ərazi bütövlüyü bərpa edildi !

Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, yenilməz Azərbaycan Ordusuna Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq.

Müzzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun şücaəti ilə qürur duyuruq!

Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı və uzun ömr versin!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!