05
DEKABR
/
2019
LABSERVIS LTD şirkəti tərəfindən Bio-Rad Laboratories (ABŞ) şirkətinin informasiya dəstəyi ilə seminar keçirilib
05.12.2019-ci il tarixində LABSERVIS LTD şirkəti tərəfindən ABŞ-ın Bio-Rad Laboratories şirkətinin informasiya dəstəyi ilə “Winter Park Hotel”-də “Kliniki laboratoriyada tədqiqat keyfiyyətinə nəzarət sisteminin prinsipləri və təşkili” mövzusunda seminar keçirilib.
Mövzunun aktuallığını nəzərə alaraq bir çox tibb müəssisələri tədbirə maraq göstəriblər. Seminarda aparıcı dövlət və özəl xəstəxanaların rəhbərləri, həkimləri, laboratoriya müdirləri və keyfiyyətə nəzarət menecerləri iştirak ediblər.
İştirakçılar xüsusi sertifikatlarla təltif olunublar.